Xocalıya ədalət

Bu gün xx əsrin ən dəhşətli faciəsi, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş misli- bərabəri olmayan cinayətin- Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar olaraq məktəbimizin tarix müəllimi Haqverdi Cəfərovun açıq dərsi oldu. Haqverdi müəllim Xocalı soyqırımına aparan yol, faciənin dəhşətləri barədə ətraflı məlumat verdi. Sonra faciənin görüntüləri əks olunmuş videoçarxlar nümayiş etdirildi. Dərsdə məktəbin 9-cu sinif şagirdləri Əliyeva Pəri, Şabanova Fatimə, Qayıbova Fatimə soyqırımla bağlı təqdimatlar etdilər. Dərs Azərbaycan televiziyası tərəfindən lentə alındı. Televiziyanın əməkdaşlarına məktəbimizdə qətliamın otuzuncu ildönümü ilə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verən direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova çəkiliş üçün minnətdarlığını da bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi