Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar dəyirmi masa

24 fevralda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məktəbin tarix müəllimi Haqverdi Cəfərov IX “A" sinif şagirdlərinə Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı qətliamı və erməni vandalizimi haqqında məlumat verdi. Haqverdi Cəfərov çıxış edərək bildirdi ki, 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım törədildi. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciədə minlərlə azərbaycanlı kütləvi şəkildə qırıldı və ya əsir götürüldü, şəhər isə yerlə-yeksan edildi. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Daha sonra şagirdlərin "Xocalı soyqırına" həsr olunmuş videoçarxları nümayiş olundu. Şagirdlər videoçarx və həmin faciəli günlər haqqında öz fikrlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi