"Xoca" filminə tamaşa

Tarix boyu Azərbaycan vaxtaşırı xain qonşularımızın xəyanəti ilə üzləşmiş, saysız - hesabsız qurbanlar vermiş, misli görünməmiş təcavüzlərə məruz qaımışdır. Belə dəhşətli təcavüzlərdən biri də xx əsrin faciəsi Xocalı soyqırımıdır. Ulu öndərin sözləri ilə desək , "Bu amansız soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Bu analoqu olmayan faciənin 30-cu ildönümü münasibəti ilə məktəbimizin 6,7,8,9-cu sinif şagirdlərinin rejissor Vahid Mustafayevin " Xoca" filminə tamaşa etməsi təşkil edildi. Filmi izləyən şagirdlər uzun müddət onun təsirindən çıxa bilmədilər. Sonra film müzakirə edildi. Hər bir epizodu böyük həyəcanla anladan şagirdlərdə düşmənə nifrət hissinin birə- on qat artdığı aydın görünürdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi