Xocalı faciəsi uşaqların gözü ilə

1992 ci il fevral ayının 25-dən 26-na keçən gecə. Başdan ayağa silahlanmış erməni vandallarının qədim Xocalı şəhərini yerlə- yeksan etdiyi gecə. Tariximizin qanla yazılmış səhifəsi. Heç zaman unutmayacağımız, hər il ürək ağrısı ilə qeyd etdiyimiz o günü xatırlarkən insanın damarlarında qanı donur desək, yanılmarıq. Bu gün bu tarixi faciə ilə əlaqədar məktəbimizin foyesində " Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi təşkil edildi. Sərgidə 1-11 ci sinif şagirdlərinin əl işləri nümayiş etdirildi. Bəzi rəsmlərdə diqqəti cəlb edən əsas məqamlardan biri şagirdlərin hadisənin detayarı ilə yanaşı düşmənə nifrət hissini məharətlə əks etdirmələri oldu. Sərgini izləyənlər bir daha mənfur düşmənlərə lənət yağdırdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi