Qan yaddaşımız- Xocalı soyqırımı.

Qan yaddaşımız- Xocalı soyqırımı. Tariximizin ən acı səhifələrindən biri. Zalım düşmənin xocalılara qarşı törətdiyi ağlasığmaz vəhşiliklər. Bu gün o dəhşətli gecədən düz 30 il keçir. Lakin biz çalışmalıyıq ki gənc nəsil tariximizin hər səhifəsindən xəbərdar olsun düşmənin xalqımıza qaşı törətdiyi belə cinayətləri heç zaman unutmasın. Faciənin 30- cu ildönümü ilə əlaqədar hər yerdə olduğu kimi məktəbimizdə də silsilə tədbirlər keçirilir

23 fevral məktəbin ibtidai sinif müəllimi Xuraman Ağakişiyeva 4 A sinfində Xocalı dəhşətlərini əks etdirən təqdimat dərs keçiridi. Dərsdə bu misilsiz cinayəti əks etdirən videoçarxlar nümayiş etdirildi, hadisənin xronologiyası, Xocalının öz canları bahasına qorumağa çalışan igidlərimiz xatırlandı. Sonra şagirdlər Xocalı faciəsinə həsr olunmuş səhnəciklər, kompozisiyalar nümayiş etdilər, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi