Unutmaram öz dilimi doğransam da dilim-dilim

21 fevral Beynəlxalq Ana Dili Günüdür. "Hər bir xalqın ana dili onun milli sərvətidir"- demişdir Ulu öndər. Bəli, ana dili bizim kimliyimiz, ana dili ruhumuzun qidası,ana dili canımızın cövhəridir. Onun saflığını qorumaq, müsəlləh bir əsgər kimi keşiyində durmaq, gənc nəsildə dilə sevgi, qayğı hissini formalaşdırmaq hər birimizin borcudur. Dilimizi yaşatmaqla yanaşı tarixən ona qarşı olan təxribat , məhvinə edilən cəhdlər də heç vaxt unudulmamalıdır. Bir sözlə, dilimizi sevmək, dərinliyinə qədər öyrənmək, qorumaq bizim ümdə vəzifəmizdir. Bu gün Beynəlxalq Ana Dili Günü münasibətilə ədəbiyyat müəllimləri Sevinc Qurbanova və Kəmalə Nəbiyevanın təşkilatçılığı ilə " Unutmaram öz dilimi doğransam da dilim-dilim" adlı ədəbi- bədii kompozisiya keçirildi. Tədbir Bəxtiyar Vahabzadənin "Şirin dil" şeirinə bəstələnmiş musiqinin sədaları ilə açıldı. Sonra Sevinc Qurbanova dilimizin tarixi mövzusunda məruzə etdi. Söz şagirdlərə verildi. Şagirdlər ana dilinə həsr olunmuş şeirlər ,musiqilər, eləcə də müxtəlif bədii əsərlərdən S. Vurğunun " Vaqif" dramından, C. Məmmədquluzadənin " Anamım kitabı" və s.əsərlərdən səhnəciklər təqdim etdilər. Onların çıxışları böyük maraqla qarşılandı. Tədbir şagirdlərdə öz doğma dillərinə daha böyük məhəbbət , daha böyük diqqətin formalaşmasında mühüm rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi