Ana dilimizi qoruyaq!

21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar məktəbdə tədbirlər keçirilib. Bu günün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötürmək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir. Bu məqsədlə məktəbin ibtidai sinif müəllimi Gülnarə Dərvişova 3 A sinfində xüsusi dərs təşkil etdi. Dərsdə Gülnarə Dərvişova şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açdı. Daha sonra şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söylədilər. Dərsdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarx da nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi