20 Yanvar-Ümumxalq Hüzn Günü

Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş "20 Yanvar faciəsinin otuz ikinci ildönümü" ilə əlaqədar 19 yanvar ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirildi. Bu məqsədlə məktəbin ibtidai sinif müəllimi Almaz Nəsibli 2 A sinfində xüsusi dərs təşkil etdi. Dərsdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Almaz Nəsibli 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açdı. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olundu. Daha sonra şagirdlər 20 Yanvar faciəsinə aid rəsmlər çəkdi, şeirlər söylədilər. Tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi