20 yanvar - Qəhrəmanlıq səhifəsi

20 Yanvar hadisələrindən 32 il ötür. Qanlı Yanvar hadisələri zamanı dinc və əliyalın vətəndaşlarımız şəhid oldu. Amma şəhidlər versək də, müstəqilliyimizi yenidən qazandıq. 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər. Həmin hadisələr müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bu məqsədlə məktəbin foyesində 20 Yanvar faciəsinin otuz ikinci ildönümümü ilə əlaqədar şagirdlərin hazırladıqları divar qəzetləri, rəsmlərdən ibarət sərgi təşkil edildi. Divar qəzetlərində, rəsmlərdə şagirdlər 20 Yanvar faciəsi ilə bağlı məlumatlar, tarixi faktları göstərmiş, faciəni özündə əks etdirən şəkillər təqdim etmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi