Şəhidlər xiyabanına ziyarət

19 yanvar məktəbin psixoloqu Fərqanə Əliyeva, UBTR Sevinc Abdullayevanın rəhbərliyi ilə məktəbin şagirdlərinin ölkəmizin suverenliyi, müstəqilliyi uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına ziyarəti təşkil olundu. Ziyarət zamanı Fərqanə Əliyeva şagirdlərə bu qanlı hadisənin başvermə səbəblərindən və acı nəticələrindən danışdı, xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırdı. Sonda müəllim və şagirdlər şəhidlərin məzarları üzərinə tər qərənfillər düzdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi