Azadlığa gedən yolun memarları

Xalqımızın azadlığa gedən yolunun memarı 20 Yanvar şəhidləridir. Azərbaycanı müstəqil, suveren dövlət olaraq görmək istəyən vətən övladları sovet imperiyasına qarşı öz etirazlarını bildirmək məqsədilə əliyalın şəkildə tankların, silahlı əsgərlərin qarşısına çıxmaqdan çəkinmədilər və bu gün tariximizə Qanlı Yanvar faciəsi kimi daxil oldu. 18 yanvar məktəbin tarix müəllimi Haqverdi Cəfərov bu münasibətlə 9 A sinfində təqdimat-dərs keçirdi. Dərsdə 20 Yanvar hadisələrini əks etdirən slaydlar təqdim olundu. Faciəyəyə gətirib cıxaran hadisələri ardıcıllıqla şərh edən Haqverdi Cəfərov bu hadisənin xalqımızın erməni faşizm üzərindəki böyük zəfərinin bünövrəsi olduğunu xüsusi vurğuladı. Dərs həm də şagirdlərin fəallığı ilə yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi