Tarixin Qan Yaddaşı

Xalqımızın şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar faciəsi. Xalq həmin gün uzun illər başının üstünü almış qorxu kabusunu darmadağın edərək öz müstəqilliyi uğrunda mubarizəyə qalxdı. Doğrudur, şəhidlər verdik, faciə yaşadıq, amma müasir tariximizdə azadlıq uğrunda mücadiləmizin bünövrəsini qoyduq. Artıq həmin gündən 32 il ötür. Hər il olduğu kimi bu il də bu tarixi gün ölkəmizin hər yerində qeyd edilir. Bu münasibətlə məktəbimizdə silsilə tədbirlər keçirilir. 18 Yanvar məktəbin kitabxanasında dəyirmi masa təşkil olundu. Məktəbin Ədəbiyyat müəllimi Elmira Asanova faciənin tarixi, baş vermiş hadisələrlə bağlı şagirdlərə ətraflı məlumat verdi. Şagirdləri maraqlandıran sualları cavablandırdı. Kitabxanı müdiri Aygün Quliyeva 20 Yanvar faciəsinə aid məlumatların əks olunduğu kitablarla şagirdləri tanış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi