"Qravitasiya,elektrik və maqnit sahələrinin müqayisəsi" mövzusunda təqdimat dərs

12 yanvarda məktəbin fizika müəllimi Aygün Quliyevanın rəhbərliyi ilə 9A sinfində "Qravitasiya,elektrik və maqnit sahələrinin müqayisəsi" mövzusunda təqdimat dərs keçirildi. Dərsin əsas məqsədi şagirdlərdə seçim,ümumiləşdirmə,qruplaşdırma və təqdimat bacarıqlarının formalaşdırılması idi.Dərs zamanı şagirdlər bir-birindən maraqlı təqdimatlar nümayiş etdirdilər. Qravitasiya, elektrik və maqnit sahələrini müqayisə edib,onların oxşar və fərqli cəhətlərini izah etdilər. Bu sahələrin mənbəyi,qarşılıqlı təsiri,onları müəyyən edən əsas qanun,qüvvə xarakteristikaları,nəyin köməyi ilə öyrənildikləri bir-birindən fərqləndirildi. Sahələrin cisimlərə təsiri də vurğulanan əsas məqamlardan biri oldu. Təqdimatlar zamanı şagirdlərə müxtəlif suallar ünvanlandı, dərs maraqlı və diqqətə layiq keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi