Milli Qəhrəman Riad Əhmədovun 65 illik yubileyinə həsr olunmuş anım tədbiri

20 dekabr 2021 ci il tarixdə məktəbimizin fəxrlə adını daşıdığı Milli Qəhrəman Riad Əhmədovun 65 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Milli Məclisin deputatı xanım Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, SRİH Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov,Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi polkovnik Tuncay Məmmədov və əməkdaşları, "ALYANS" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranlarının İctimai Birliyinin sədri Fəxri Abasov və üzvləri, Riad Əhmədovun döyüş yoldaşları iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının himni ilə açıldı, şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verdilər, Riad Əhmədova həsr olunmuş səhnəcik, musiqi nömrələri təqdim etdilər. " Qayıt Riad" filmindən göstərilən fraqment maraqla izləndi. Sonra qonaqlara söz verildi. Mili Qəhrəmanın döyüş yoldaşları onunla bağlı xatirələrini danışdılar, həmçinin Riadın şücaətindən söz açaraq gənc nəslə Riad Əhmədov kimi vətənpərvər, cəsur olmağı tövsiyə etdilər. Eyni zamanda Səbail Rayon İcra Hakiminin müavini Kəmalə Həşimova, Riad Əhmədovun həmkarlarından olan veteran polkovnik Əli Orucov çıxış edərək həm Riad Əhmədovun misilsiz qəhrəmanlığından, Riad kimi qəhrəmanların ölməzliyindən həm də, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan oğullarının 44 günlük Vətən müharibəsindəki şanlı zəfər tarixindən söz açdılar. Şagirdlərin hərbi vətənpərvər ruhda tərbiyə olunmasının zəruriliyini vurğuladılar və bu işdə məktəb kollektivinə uğurlar arzuladılar, gözəl çıxışlarına görə şagirdləri təqdir etdilər. Tədbirin sonunda Riad Əhmədovun döyüş yoldaşları polkovnik-leytenant Akif Rüstəmov və polkovnik-leytenant Rais Şabakayev tərəfindən məktəbin nümunəvi şagirdlərinə "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının İctimai Birliyinin Fəxri Fərmanları təqdim olundu.Tədbir hər kəsdə xoş təəssürat buraxdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi