Naqil asqısı layihəsi

XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu ixtiraları yaradanlar isə müasir təhsil modellərinin yetişdirdiyi insanlardır. Bu baxımdan da günün məzunu müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verdi.

Məktəbin informatika müəllimi Günay Bayramovanın rəhbərliyi ilə 6 A sinif şagirdləri Asiman və Murad “ Naqil asqısı “ layihəsiylə Təhsil Nazirliyinin Təhsil İnstitutunun STEAM Azərbaycan layihəsi tərəfindən təşkil olunan SAF2021 (STEAM Azərbaycan Festivalı) qatılaraq final mərhələsinə keçid aldılar. Şagirdlərimizə finalda uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi