Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş sərgi

24 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, "Nəfəs" İB, Azərbaycan Rəssamlar İttifaqının birgə əməkdaşlığı ilə xalq rəssamı Arif Hüseynovun Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgisi keçirildi. Tədbirin keçirilməsinə vəsilə olan şəxs Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva idi .Satılan rəsm əsərləri Tovuzda Aşıq Ələsgərə aid muzeydə yerləşdiriləcək. Sərgidə məktəbimizi 9A sinif şagirdi Pəri Əliyeva təmsil edirdi. Sərgidə eyni zamanda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB'nin rəhbəri Arzu Bağırova ,bir çox millət vəkilləri,dövlət rəsmiləri iştirak edirdilər. Dövlət rəsmiləri ilə tez-tez görüşlərdə olan şagirdimiz Pəriyə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi