17 Noyabr - Milli Dirçəliş Günü

17 Noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar 9 A sinfində məktəbin tarix müəllimi Haqverdi Cəfərov maarifləndirici seminar təşkil etdi. Haqverdi Cəfərov şagirdlərə Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayan Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ölkəmiz müstəqilliyin bərpasının ilk illərində bir sıra çətinliklərlə qarşılaşsa da, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın azadlıq hərəkatında tamamilə yeni mərhələ başlandı. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparmasından bəhs olundu. Daha sonra məktəblilər Milli Dirçəliş Günü ilə bağlı hazırladıqları videoçarxlar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi