Narkotikə Yox deyək

Hazırda bütün dünyanı narahat edən bəşəri problemlərdən ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadı. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotik vasitələrə aludəçilik halları artmağa doğru gedir. 19 noyabrda məktəbin kimya müəllimi Gülmirə Məmmədzadə 9 C sinfində “ Narkotikə Yox deyək” devizi altında maarifləndirici seminar təşkil etdi. Seminarda Gülmirə Məmmədzadə şagirdlərə narkotik maddələrin ziyanları, istifadəsindən sonra baş verə biləcək fəsadları barədə informativ məlumatlar verdi. Daha sonra şagirdlər bu mövzuya dair hazırladıqları videoçarxları və təqdimatları nümayiş etdirdilər. Şagirdləri maraqlandıran suallar Gülmirə Məmmədzadə tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi