«XXII Uluslarası Çocuk Forumu»

Ölkəmizdə 2 il aralıqla, 2009-cu ildən bəri silsilə halını almış Ümumrespublika Uşaq Forumu keçirilir. V Ümumrespublika Uşaq Forumu isə pandemiya şəraiti ilə əlaqədar olaraq, bu il - 2021-ci il 18 noyabr tarixində keçirildi. Forumda ölkənin bütün regionlarından olan təxminən 300 uşaq iştirak edirdi. Səbail rayonunu isə 4 məktəbli təmsil edirdi. Bunlardan biri də məktəbimizin 9A sinif şagirdi Pəri Əliyeva idi. Pandemiya şəraiti ilə bağlı olaraq forum hibrid(əyani və distant) şəkildə təşkil olunmuş,Pəri foruma distant olaraq qoşulmuşdu. Prezident İlham Əliyev bütün forum iştirakçılarına müraciət ünvanlamışdı. Qeyd edək ki,ölkəmizlə yanaşı Türkiyə Respublikasında da «XXII Uluslarası Çocuk Forumu» keçirilirdi. Hətta, forumun müəyyən bir hissəsində Türkiyə ilə Azərbaycan forumları arasında onlayn körpü də yaradıldı. Bundan əlavə olaraqsa, forumun iş saatında qrup işləri keçirildi,müxtəlif layihələr və təkliflər təqdim olundu. Sonda Azərbaycan Uşaqları adından Cənab Prezident İlham Əliyevə hədiyyə ediləcək Xarıbülbül rəsm kompozisiyası Prezidentə təqdim etmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya verildi. Vurğulamaq lazımdır ki, forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi