Şanlı tariximizin Zəfər günü

Şanlı tariximizin qızıl hərflərlə yazılmış zəfər günü! Bu möhtəşəm gün Azərbaycanın gücünü, qüdrətini, ordumuzun yenilməzliyini, xalqımızın birliyini bütün dünyaya bir daha sübut etdi. Tariximizin bu qürurverici günündən bir il ötür. Qələbəmizin ildönümü ölkəmizin hər yerində təntənə ilə qeyd edilir. Bu münasibətlə bu gün, noyabr ayının 5 -də məktəbimizdə də qələbə tədbiri keçirildi. Tədbir himnimizin sədaları altında Azərbaycan və qardaş Türkiyə bayraqlarının səhnəyə gətirilməsi ilə başlandı. Sonra şagirdlər 44 günlük vətən müharibəsinin başlanması, gedişatı, bir- birinin ardınca azad olunan əzəli və əbədi torpaqlarımız haqqında ardıcıl məlumat verdilər, misilsiz zəfərimizə , bu böyük sevinci bizə qanları, canları bahasına yaşadan şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi ilə bağlı xalqımıza verdiyi müjdəli xəbərləri, işğaldan azad olunmuş torpaqlarımızda üçrəngıi bayrağızın dalğalandığını əks etdirən videoçarx təqdim olundu. Tədbir şagirlərin ifasında zəfər rəqsi ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi