“Bayraq qürurumuzdur!"

4 noyabrda 2 A sinif şagirdləri ibtidai sinif müəllimi Almaz Nəsiblinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibətilə “Bayraq qürurumuzdur!" adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Almaz Nəsibli tərəfindən Bayraq Günü haqqında şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, müasir Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da keçirilən iclasda qəbul edilmişdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayraq yenidən müstəqilliyin simvolu kimi ucaldılmış, bütün vətəndaşlar üçün müqəddəs dövlətçilik rəmzinə çevrilmişdir. Almaz Nəsibli bildirdi ki, Bayraq Günü artıq ölkəmizdə daha qürurlu, daha sevincli, fəxrlə qeyd olunmaqdadır. Çünki müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız indi bütün Azərbaycan ərazisində dalğalanmaqdadır. Tədbirin gedişində iştirakçı şagirdlər tərəfindən milli musiqilərimizin sədaları altında müxtəlif rəqslər edildi, şeirlər söyləndi,"Bayrağım" mahnısı ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi