I və II Qarabağ müharibəsinin veteranları və qaziləri ilə gorüş

22 oktyabrda Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının və Azərbaycan dili və ədəbiyyat müəllimi Zümrüd Cəbiyevanın təşkilatçılığı ilə I və II Qarabağ müharibəsinin veteranları və qaziləri ilə görüş keçirildi. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Ədilə Yaqubova, təşkilatın nümayəndəsi Nəbi Hacıyev, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, qazilər Mirzəyev Şəhriyar, Mürsəliyev Sənan iştirak etdilər. Giriş sözü ilə çıxış edən Zümrüd Cəbiyeva 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm qələbə, xalq ordu və dövlət birliyi, müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün strateji siyasətin uğurlu nəticələri haqqında məlumat verərək sözü Adil Haqvediyevə verdi. Cənab polkovnik erməni faşizmi üzərində çalınan qələbə, aparılan döyüşlər, əsgərlərimizin cəsurluğu haqda ətraflı məlumat verdi.Azərbaycanımızın xoşbəxt, uğurlu gələcəyi naminə görüşdə iştirak edən şagirdlərə tövsiyələrini verdi. Sonra şagirdlər qazilərimizə, şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər, onları maraqlandıran sualları qonaqlara ünvanladılar. Sonda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi