Aşıq Ələsgər irsinin öyrənilməsi

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə məktəbdə silsilə tədbirlər keçirilir. 20 oktyabrda məktəb kitabxanasında 11 A sinif şagirdləri Ədəbiyyat müəllimi Zümrüd Cəbiyevanın rəhbırliyi ilə ustad sənətkarın 200 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olundu. Zümrüd Cəbiyeva ustad sənətkarın həyat və yaradıcılığından, Aşıq Ələsgər irsinin təbliğindən söhbət açdı. Daha sonra şagirdlərin rəngarəng təqdimatları dinlənmişdir. Məqsəd Aşıq Ələsgərin zəngin poetik irsini gənc nəsil arasında təbliği və tətqiqidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi