Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş VII Bakı Beynəlxalq Kitab Sərgisi

7 oktyabr məktəbin 9 A sinif şagirdləri Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının və məktəbin psixoloqu Fərqanə Əliyevanın rəhbərliyilə Bakı Ekspo Mərkəzində Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş VII Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkasında ekskursiyada oldular. Sərginin məqsədi kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir. Kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər şagirdlərimizin marağına səbəb oldu. Ekskursiyanın sonunda məktəbin şagirdləri Pəri Əliyeva və Fatimə Qayıbova Real Tv yə müsahibə verərək , sərgidən necə maarifləndiklərindən bəhs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi