27 sentyabr - Anım günü

Məhz keçən il Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə Ermənistan ordusunun işğalı altında olan torpaqlarımız azad edilərək, dövrümüzün rəşadət, igidlik və şücaət salnaməsinə çevrilmişdir. Ölkə rəhbərinin qətiyyəti, əyilməz siyasi iradəsi və barışmaz mövqeyi ilə bütün dünya bir daha Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, dövlətimizin gücünün və ordumuzun məğlubedilməzliyinin şahidi oldu.

27 sentyabr-Anım günü ilə bağlı məktəbimizdə silsilə tədbirlər keçirilir. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimova çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Sonra şagirdlərin ifasında şeirlər səsləndirildi, 44 günlük müharibədə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn şəhidlərimiz haqqında məlumat verdilər.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Allah xalqımızı qorusun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi