Bilik Günü

22 sentyabr 2021-ci il tarixində 2021/2022-ci tədris ili başladı. Bu gün həm valideynlər, həm də birincilər üçün çox əlamətdar bir gündür. Çünki birincilər ilk dəfə əllərinə çantalarını alıb məktəbə gələcək, müəllimləri ilə tanış olacaqlar. Bu onların məktəb həyatının ilk günüdür.

Koronavirus (COVID-19) pandemiyası dövrünün tələblərini nəzərə alaraq birinci sinif şagirdləri üçün açıq havada, sosial məsafə gözənilməklə salamlama təşkil olundu. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimova çıxış edərək yeni dərs ili münasibəti ilə hamını təbrik etdi və “44 günlük Zəfər yürüşü”nün qələbə ilə bitməsindən söhbət açdı. 2021 -2022 –ci tədris ilinin Təhsil Nazirliyinin tərəfindən “Zəfər” ili elan olunması və ilk dərsin “Qarabağ Azərbaycandır” mövzusuna həsr olunması müəllimlərin diqqətinə çatdırdı. Sonra Əzizə Kərimova birincilərin daha çox həyacanlı olduqlarını bildirdi. Çünki , bu gün onlar yeni həyata qədəm qoyurlar. Artıq sinif otaqları, müəllimlər sizi gözləyir. Yeni həyatlarında birincilırə uğur arzu etdi.

Salamlama bitdikdən sonra birincilər siniflərə bölünərək müəllimlərinin nəzarəti altında 11 il oxuyacaqları doğma sinif otaqlarına getdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi