Son zəng 2020-2021.

İnsan həyatının heç unudulmayan, hər zaman xatırlana biləcək bir çox günləri olur. Belə günlərdən biri də "Son zəng" günüdür. Həyatımızın ən çılğın, ən qayğısız illəri məktəb illəridir. O illəri hər dəfə xatırlayanda qəlbimiz sızlayır və söyləyirik ki : " kaş ki o illərə bir də dönə biləydik". Hər il ölkəmizdə iyun ayının 14 -ü onbirincilər üçün son səng səslənir. Məzunlarda sevinc dolu bir nisgil görünür. Bu gün bizim məktəbimizdə də karantin qaydalarına uyğun olaraq "Son zəng" tədbiri baş tutdu. Onbirincilər son kəs doğma məktəbləri, sevimli müəllimləri ilə vidalaşdılar. Əziz məzunlar, bu əziz gün münasibətilə sizi təbrik edir, uğurlar arzulayır, vətənimizin layiqli övladları kimi yetişmənizi diləyir və sizin üçün hazırladığımız təbrik videoçarxını təqdim edirik. Yolunuz açıq olsun, əziz məzunlar!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi