Junior Achievement Azərbaycan

İyun ayının 12-də "Junior Achievement Azərbaycan"ın təşkilatçılığı ilə Avropa İttifaqı və Təhsil Nazirliyinin birgə əməkdaşlığı olan məktəblilərarası İnnovasiya düşərgəsi təşkil edildi. Düşərgədə bir çox məktəblər iştirak edirdi. Bizim məktəbimizdən də Maliyyə Savadlığı tədris edilən bir qrup şagird bu düşərgədə Hilalə Cumayevanın başçılığı ilə iştirak etdilər. Şagirdlərimiz təşkilatçıların tapşırığı ilə düşərgə ərzində bir çox innovativ biznes ideyalar və onların ətrafında layihələr təqdim etdilər. Və bu layihələr sayəsində ilk 5-likdə yer tutmağa nail oldular. Şagirdlərimizə sertifikat və hədiyyələr təqdim edildi. Eyni zamanda Hilalə Cumayevaya da göstərdiyi fəaliyyətə görə Təşəkkürnamə təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi