Fəxri xiyabana ziyarət

Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Ulu öndərin 98-ci ildönümü ilə əlaqədar məktəbin Tərbiyə İşləri üzrə direktor müavini Nisə Qurbanlının təşkilatçılığı ilə 8 C sinif şagirdləri və bir qrup müəllim heyəti Fəxri xiyabanda Ümummilli Liderinin məzarını və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək gül dəstələri qoydular. Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi