Qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar 6 mayda məktəbin tarix müəllimi Haqverdi Cəfərovun təşkilatçılığı ilə 8 A sinifdə online tədbir keçırıldi. Tədbirdə Haqverdi Cəfərov Ulu Öndərin həyat və fəaliyyəti, dövlətçilik siyasəti, beynəlxalq arenada tanınması istiqamətində gördüyü işlərdən bəhs etdi. Sonra şagirdlər Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini təqdim etdikləri videotəqdimatlarda, söylədikəri şeirlərdə nümayiş etdirdilər. Sonda məktəbin direktoru Nailə Əhmədova çıxış edərək bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunun və dünyagörüşünün inkişafındaki rolunu qeyd etdi və Haqverdi Cəfərova eləcə də şagirdlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi