“Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir"

Məktəbin Ədəbiyyat müəllimi Elmira Asanovanın təşkilatçılığı ilə 7-ci sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş online inşa yazı müsabiqəsi təşkil edildi. Müsabiqədə iştirak edən şagirdlər "Ümummilli lider və milli səhiyyəmizin inkişafı", "Müasir Azərbaycanın xilaskarı və memarı-dahi şəxsiyyət Heydər Əliyev" və "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzularında inşalar təqdim etdilər. Təqdim olunmuş inşalar təhlil olundu. 7 A sinif şagirdi Əli Abbasovun “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda inşa yazısı 1-ci yerə layiq görüldü. Əlini təbrik edir, uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi