İmtahan qabağı stress

İmtahan...Bu sözün səslənməsi belə,bir çoxlarımızı vahiməyə salır,qorxudur.İmtahan öncəsi stressi,qorxu və həyəcanı demək olar ki, hamımız yaşamışıq.İmtahan qabağı stressi aradan qaldırmaq məqsədilə məktəbin psixoloqu Əliyeva Fərqanə şagirdlərlə seminar keçirtdi. Seminarda stressin yaranma səbəbindən, imtahan nəticələrinə təsir edən amillərdən,qorxunu dəf etmək üçün psixoloji metodlardan, özünə inam hissinin formalaşdırılmasından, həyəcanı azaltmaq üçün fizioloji metodlardan və imtah günü edəcəkləri qaydalardan danışdı.Slaydlar nümayiş etdirib,şagirdləri maraqlandıran sualları cavablandırdı. Sonda psixoloq qeyd etdi ki, bu imtahan həyatınızın bir hissəsidir və bütün həyat özü özlüyündə böyük bir imtahandır. Şagirdlərin hər birinə həyatda qarşılarına çıxan imtahandan alnı açıq çıxmağı arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi