Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyinə virtual ekskursiya

Bildiyimiz kimi , 2021-ci il Azərbaycan Redpublikası Prezidentinin sərəncamı ilə Nizami Gəncəvi ili elan edilmişdir. Bu məqsədlə məktəbimizdə silsilə tədbirlər keçirilir. Aprel ayının 28- də Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının rəhbərliyi ilə növbəti onlayn tədbirimiz baş tutdu. Belə ki, məktəbin 5-ci, 6-cı, 7-ci və 8-ci sinif şagirdlərinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyinə virtual ekskursiyası təşkil edildi. Ekskursiya zamanı muzeyin əməkdaşları Aysel Bayramova və Aygün Abbasquliyeva şagirdlərə dahi söz usdadının həyat və yaradıcılığını əks etdirən maraqlı eksponatlar haqda ətraflı məlumat verdilər. Xalq rəssamı Oqtay Sadıqzadənin " Nizami və dünya mədəniyyəti" adlı rəsm silsiləsi, şairin " Yeddi gözəl" poemasının personajlarını əks etdirən maket və digər eksponatlar şagirdlərin xüsusi marağına səbəb oldu. Ekskursiyada bir sıra müəllimlər, o cümlədən məktəbin direktoru Nailə Əhmədova da iştirak edirdi. Sonda Nailə Əhmədova çıxış edərək belə gözəl tədbir üçün Nisə Qurbanlıya və muzeyin əməkdaşlarına təşəkkür etdi. #Nizami880

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi