Nizami 880

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Nizami Gəncəvi İli”nə həsr olunan dərslər keçirilir. 26 apreldə məktəbin Ədəbiyyat müəllimi Zümrüd Cəbiyeva 8 A sinfində “Nizami 880” adlı videokonfrans təşkil etdi. Konfransda Zümrüd Cəbiyeva dahi şair və mütəfəkkir Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu söylədi, bu nəhəng sənətkarın parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığı haqda şagirdlərə geniş məlumat verdi. Dərsdə iştirak edən məktəbin direktoru Nailə Əhmədova çıxışında dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğunu bildirir, qüdrətli söz sahibinin yaradıcılığına bütün dünyada böyük maraq olduğunu vurğulayıdı. Sonda şagirdlər onlayn tədbir zamanı insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığa malik olan söz ustası Nizami Gəncəvinin şeirlərini söyləyib, mövzuya aid videoçarxlar, slaydlar nümayiş etdirdilər. #Nizami880

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi