Şirin bir xatirətək qalacaqdır dünyada, Sevərək yaşayanlar, sevililərək ölənlər

8 aprel 2021 -ci il tarixdə məktəbimizin pedaqoji kollektivinə ağır itgi üz verib. Dünyanı aquşuna almış dəhşətli pandemiyanın ağır zərbələri bizim kollektivimizdən də yan keçmədi. Belə bir deyim var: İnsan özünün öləcəyinə inanmır. Amma bir xanım köçdü bu dünyadan. Elə bir xanım ki, onun ölümünə heç kəs inanmadı. Elə bir xanım ki gedişiylə onu tanıyan hər kəsi çox sarsıtdı. Onu tanıyan hər kəsin xatirələrinin baş guşəsinin əbədi sakininə çevrildi. Ulu Tanrı heç nəyi əsirgəməmişdi bu xanımdan. Xeyirxahlıq, gözəllik, səmimiyyət, yüksək savad, sadəlik və s. Saymaqla bitib tükənməz Alla xanımın gözəlliklərini. Həyat dolu, sevgi dolu idi Alla xanım. Əfsus ki, ölüm onu tez ayırdı həm çox sevdiyi kollektivdən, həm əziz şagirdlərindən, həm də doğmalarından.Gülər üzü, uşaqdan- böyüyə hər kəsə qayğıkeşliyi, saf qəlbliliyi, şirin zarafatları ilə könüllərdə əbədi yaşayacaq Alla xanım. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun, bizim əziz Alla müəlliməmiz. Qoy səni bizdən alan acımasız ölüm heç də sevinməsin. Şair demişkən:" Şirin bir xatirətək qalacaqdır dünyada, Sevərək yaşayanlar, sevililərək ölənlər"

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi