31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.

Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 103 il ötür. Bu məqsədlə məktəbin tarix müəllimi Tamilla Seydiyeva 7 A sinfində xüsusi dərs təşkil etdi. Tamilla Seydiyeva çıxış edərək bildirdi ki, tarixi mənbələrə əsasən, ermənilər 18-ci əsrdən başlayaraq Çar Rusiyasının himayəsilə Cənubi Qafqaza köçürülüblər. Burada məqsəd gələcəkdə Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaratmaq olub. 1918-ci il martın 31-də Bakı şəhərində dinc azərbaycanlıların kütləvi qətli baş verib. Bakıda üç gün davam edən qırğın zamanı ermənilər azərbaycanlı məhəllələrinə soxularaq hər kəsi öldürüb, qılıncla parçalayıb. Bununla kifayətlənməyən ermənilər Azərbaycanın digər ərazilərində - Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da kütləvi qətliamları davam etdirilib. Bütövlükdə o zamankı qırğınlar nəticəsində 1 milyona qədər azərbaycanlının məhv edilməsi haqda şagirdlərə məlumat verildi. Dərsdə şagirdlərin təqdimatlari nümayiş olunaraq, 31 Mart Azırbaycanlıların soyqırımı müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi