Nümunəvi sinfin şəhid adı ilə adlandırılması

2020 ci il Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Bu il Boyük Qələbə ili oldu. Qəhrəmanllq tariximizin bünövrəsi hələ lap qədimlərdən qoyulub. Bu tarixi yazanlardan biridə məktəbimizin adını fəxrlə daşidiği Milli Qəhrəman Riad Əhmədovdur. Hər bir şagirdimiz bu ada layiq olmağa çalışır.Bu işdə 8 A sinif şagirdlərini xüsusi ilə qeyd etməliyik.Beləki ,bu sinfin şagirdləri həm yaxşı oxumaqları, həm də ictimai işlərdə fəal iştirakları ilə fərqlənirlər. Vətən müharibəsi şəhidlərinə, ölkəmizin tarixinə, coğrafiyasına, musiqisinə, mədəniyyətinə dair hazırladıqları videoçarxlar, təqdimatlar bu şagirdlərin həm də yüksək vətənpərvərlik hisslərindən xəbər verir. Bu səbəbdən məktəb rəhbərliyi tərəfindən 8 A sinfi Riad Əhmədov sinfi adına layiq görüldü. İnanırıq ki ,8 A sinif şagirdləri bundan sonrada daşıdıqlarl ada layiq fəaliyyət sərgiləyəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi