NARKOTİKƏ YOX DEYƏK!

NARKOTİKƏ YOX DEYƏK! Yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntularının və cinayətkarlıq hallarının qarşısının alınması istiqamətində məktəbin kimya müəllimi Gülmirə Məmmədzadənin rəhbərliyilə 4 mart 8 B sinfində “Narkotikə Yox Deyık” adlı maarifləndirici seminar keçirildi. Seminarda Gülmirə Məmmədzadə narkomaniyanın törətdiyi fəsadlara toxundu, onun insan həyatı üçün necə təhlükə mənbəyi olduğu şagirdlərin diqqətinə çatdırdı. Narkotikin insan orqanizminə, sağlamlığına, mənəviyyatına vurduğu zərərlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən şagirdlərin diqqətinə çatdırdı. Daha sonra şagirdlər hazırladıqları təqdimatları təqdim etdilər. Seminarda şagirdlərin sualları ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi