Vətən müharibəsi şəhidləri

Ordumuzun Ali Baş Komandanının çağırışına səs verib, vətənimizin azadlığı uğrunda mübarizəyə qoşulan şərəfli ordumuzun igid oğulları Vətən torpağı yolunda canlarından keçib, Şəhidlik zirvəsinə ucaldılar. 44 günlük II Qarabağ müharibəsinin şəhidlərini unutmayıb, gələcək nəsillərə də çatdırmağımız vacibdir. Məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının rəhbərliyilə əvvəlcədən verilən tapşırıqlar əsasında şagirdlərin hər biri Qarabağ uğrunda gedən "Vətən müharibəsi şəhidləri" haqqında məlumat ,foto şəkillər toplayaraq divar qəzeti hazırladılar. Bu məqsədlə məktəbin foyesində divar qəzetlərinin sərgisi təşkil olundu. Allah şəhidlərimizə rəhmət etsin. Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi