Heç kim unudulmur, heç nə yaddan çıxmır

Məktəbdə Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Tədbirlərin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin ehtiramla xatirəsini yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir. Bu məqsədlə məktəbin tarix müəllimi Haqverdi Cəfərov 23 fevralda Microsoft Teams proqramında 8 A sinfində xüsusi dərs təşkil etdi. Dərsdə Haqverdi Cəfərov Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini unutmamağı tövsiyə etdi. Daha sonra şagirdlər hazirladıqları videotəqdimatları nümayiş etdirdilər. #Xocalısoyqırımı #Heçkimvəheçnəunudulmur #şagird#məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi