Qarabağ musiqisi-qəlbin musiqisi

22 fevralda Microsoft teams platformasında “Qarabağ musiqisi-qəlbin musiqisi" mövzusunda şeir müsabiqəsi keçirildi. Giriş sözü ilə çıxış edən Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı belə tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsindəki rolundan danışdı. Sonra sözü məktəbin diŕektoru Nailə Əhmədovaya verdi. Nailə Əhmədova əsrarəngiz Qarabağ musiqisi, burada yetişmiş dünyaşöhrətli sənətkarlar haqqında ətraflı çıxış etdi. Tədbirdə iştirak edən şagirdlər əvvəlcə Qarabağda yaşayıb yaratmış ayrı- ayrı musiqiçilər haqqında maraqlı məlumatlar verdilər. Daha sonra iştirakçılar Qarabağa, onun təbii sərvətlərinə, bənzərsiz gözəlliklərinə, eləcə musiqisinə həsr olunmuş şeirlər təqdim etdilər. Onların çıxışları alqışlarla qarşılandı. Şagirdlərin çıxışları ilə bağlı Təlim tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimova , Ədəbiyyat müəllimlərindən Zümrüd Cəbiyeva və İqlimə Zöhrabova rəylərini bildirərək həm onları təbrik etdilər, həm də mövzu ilə bağlı fikirlərini söylədilər. Sonda münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirildi. Beləki V-VI siniflər üzrə 1 ci yerə 5 A sinif şagirdi Əliyeva Ayan ,2 ci yerə 6 A sinif şagirdi Alışov Kənan,3 cü yerə 6 A sinif şagirdi Əzizov Elcan , VII, VIII, IX siniflər üzrə 1 ci yerə 8 A sinif şagirdi Əliyeva Pəri, 2 ci yerə 9 A sinif şagirdi Məmmədova Nəzrin, 3 cu yerə 7 A sinif şagirdi Abbasov Əli layiq görüldülər. Şagirdlər Sertifikat və Təşəkkürnamələrlə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi