“Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfransın rayon mərhələsində qalib gələn şagirdlərlə görüş

17.02.2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətnin təşəbbüsü və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfransın rayon mərhələsində qalib gələn şagirdlərlə görüş keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Eldar Ağayev, RIHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak etmişlər. Məktəbimizin Tarix müəllimi Haqverdi Cəfərov və “İşğal olunmuş ərazilərdə vandalizmin izləri” mövzusuyla fərqlənən məktəbin 9 A sinif şagirdi Nəzrin Məmmədova tədbirdə iştirak edirdi. Tədbirdə çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ölkəmizdə gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Tarixi qələbəmizlə bitən Vətən müharibəsi ümumilli lider Heydər Əliyevin siyasətinin ardıcıl davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda belə bir gənc nəslin yetişdiyini sübut etdi. Tədbirdə iştirak edən şagirdlər gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində və şagirdlərin maarifləndirilməsinə xidmət göstərən müsabiqələrin keçirilməsində, onların tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığının formalaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən görüşlərin təşkilinə görə öz minnətdarlığını bildirmişlər. Müsabiqədə Bakı şəhəri üzrə keçirilən “Vətən müharibəsi – Qarabağ Zəfəri” adlı referat yazı müsabiqəsinin rayon mərhələsində xüsusi tədqiqat bacarığı ilə fərqlənən məktəblilər həmçinim Nəzrin -diplom, şagirdiinin ən yaxşı nəticəsinə görə Haqverfi Cəfərov təşəkkürnamə ilə mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi