Zorakılığa son

Məktəbin psixoloqu Fərqanə Əliyeva 15 fevralda Microsoft Teams proqramında 8-ci siniflərdə "Zorakılığa son" mövzusunda maarifləndirici tədbir keçirtdi.Tədbirdə psixoloq zorakılığın insana psixoloji, sosial, iqtisadi təzyiqin tətbiq olunmasından və ya fiziki zərbənin vurulmasından danışdı, slaydlar nümayiş etdirdi. Nəzərə alaq ki, fiziki zorakılığın olub-olmamasından asılı olmayaraq bütün zorakılıq növləri birlikdə qurbanın psixologiyasına mənfi təsir göstərir və onun sosial, aktiv bir fərd kimi fəaliyyətində, öz güvənində və öz dəyərini anlamaqda, bir sözlə ruhi sağlamlığında böyük sarsıntılara səbəb olur. Daha sonra şagirdlər “Zorakılığa Yox deyək” mövzusunda videotəqdimatları nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi