İşğaldan azad olunmuş ərazilərimizin tarixi-mədəni və arxeoloji abidələri və zəngin faydalı qazıntları

9 fevralda məktəbin Coğrafiya müəllimi Püstə Abbasovanın rəhbərliyilə 8 A sinfində “Microsoft Teams” platforması üzərindən “İşğaldan azad olunmuş ərazilərimizin tarixi-mədəni və arxeoloji abidələri və zəngin faydalı qazıntları” mövzusunda onlayn dəyirmi masa keçirildi. Dərsdə məktəbin direktoru Nailə Əhmədova, Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlıda iştirak edirdi. Püstə Abbasova İşğaldan azad olunan ərazilərin iqtisadi inkişaf imkanları, Qarabağın mineral resurs ehtiyatları, təbii sərvətləri, qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntıları, Qızıl bulaq mis-qızıl kolçedan yatağı, Vejnəli qızıl yatağı, Narzanlı civə yatağı, Levçay civə yatağı, Turşsu mineral bulağı barədə məlumat verdi. Nailə Əhmədova vurğuladı ki, Qarabağın işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafınada öz töhfəsini verəcək. Sonra şagirdlər Qarabağ haqda bayatılar söylədilər, “Qarabağın tarixi-mədəni abidələri”, “Laçın və Kəlbəcər rayonunun geologiyası”, “Qarabağın arxeoloji abidələri” mövzularında videotəqdimatlar nümayiş etdirərək ətraflı məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi