Vətən müharibəsi qazisi Elvin Əliyevlə onlayn görüş

8 fevralda məktəbin psixoloqu Fərqanə Əliyevanın təşkilatçılığı ilə II Qarabağ müharibəsi Fizuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanmış əsgər qazi Elvin Əliyev və onun komandiri kapitan Zahib Firudunlu ilə onlayn görüş keçirildi. Görüşdə 8 A sinif şagirdləri, məktəbin direktoru Nailə Əhmədova, Təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimova, Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı və UBTR Sevinc Abdullayeva iştirak edirdilər. Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət idi. Məktəbin direktoru Nailə Əhmədova görüşdə Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, qazi və hərbiçilərimizə öz minnətdarlığını bildirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümünəvi birlik və böyük şücaət göstərdiyini, respublikamızda hər zaman tolerant mühitdə yaşayan , dinindən, dilindən asılı olmayaraq hər bir vətəndaşın ölkəmizin ərazi bütövlüyü uğrunda bütün səylərini səfərbər etdiyini vurğuladı. Sonra kapitan Zahib Firudunlu Qubadlı rayonunun işğaldan azad olunmasında gedən döyüşdə ağır yaralanmış qazi Elvinlə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs etdi, şagirdləri maraqlandıran sualları cavablandırdı. Sonda şagirdlər və tədbir iştirakçıları qazi Elvinə və kapitan Zahib Firudunluya dərin minnətdarlıq bildirərək , onlara Allahdan can sağlığı dilədilər. Biz sizinlə fəxr edirik, Vətənin igid oğulları!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi