Xalqımın xilaskarı-Cənab Komandanım

“Azərbaycan xalqınln tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” BŞTİ-n 2020-2021-ci tədris ili üçün “Fəaliyyət planı” na əsasən məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı və Ədəbiyyat müəllimi Zümrüd Cəbiyevanın təşkilatçılığı ilə 3 fevralda 8 A sinif şagirdlərilə “Xalqımın xilaskarı-Cənab Komandanım” adlı videokonfrans təşkil edildi. Videokonfransda məktəbin direktoru Nailə Əhmədova, Təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimova və fənn müəllimləri iştirak edirdilər. Zümrüd Cəbiyeva , Prezident İlham Əliyev xalqa rəhbərlik etdiyi dövrdən bu günə qədər uğurlu siyasəti ilə Azərbaycanı günü-gündən inkişaf etdirməklə dünya ölkələri sırasında mühüm yer tutmasına nail olduğunu bildirdi. Prezidentlik dönəmində bütün imkanlarını Azərbaycan xalqının rifahının yaxşılaşmasına, ölkəmizin inkişafına sərf edən cənab İlham Əliyev, 2020-ci il dönəmində 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızı qısa müddətdə işğaldan azad etməklə tarix yazdığını söylədi. Sonra şagirdlər “Tarix yazan sərkərdə” adlı videotəqdimatlarını nümayiş etdirdilər, ölkə başçımıza həsr olunmuş şeirlər söylədilər. Sonda Nailə Əhmədova çıxışında “Əminliklə deyə bilərik ki, bu gün adını tarixə qızıl hərflərlə yazan İlham Heydər oğlu Əliyev Azərbaycan Respulikasının Prezidenti və əvəzolunmaz Ali baş komamdanı-sərkərdəsidir” deyə bildirdi. Daha sonra konfrans təşkilatçılarına və 8 A sinif şagirdlərinə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi