Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadə

31 Yanvar Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Bu məqsədlə 1 fevralda məktəbin tarix müəllimi Haqverdi Cəfərov 8 A sinfində videomühazirə təşkil edərək M.Ə.Rəsulzadə haqda məlumatlar verdi. Haqverdi Cəfərov qeyd etdi ki, Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. 1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayına Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlayıb. Sonda şagirdlər Fatimə Şabanova, Pəri Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə haqqında hazırladıqları videotəqdimatları dərsdə nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi