Ölkə başçımızın ordu quruculuğu

Ölkəmizin müdafiə qüdrətinin güclənməsi “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün “Fəaliyyət planı”nın icrası məqsədiylə “Ölkə başçımızın ordu quruculuğu və ölkəmizin müdafiə qüdrətinin gücləndirilməsində xidmətləri” mövzusunda 1 fevralda məktəbin direktoru Nailə Əhmədova, Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı və 10 A sinif şagirdlərinin iştirakı ilə Hərbi rəhbər Ələddin Cəfərov tərəfindən videokonfrans təşkil edildi. Konfrans şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsinə həsr edildi. Ələddin Cəfərov gənc nəslin Vətənin layiqli övladları kimi böyüməsində ,onlarda yurdsevərlik , doğma torpaq, milli mənəvi dəyərlər , vətəndaşı olduğu ölkəni ,dövləti qorumaqda , hərbi biliklərə yiyələnməkdə GÇQH fənninin əhəmiyyətindən danışdı. Hərbi rəhbər bildirdi ki, Prezident İlham Əliyev son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib və nəticədə maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib.Məhz elə keyfiyyətli təşkil edilən, səmərəli keçirilən təlimlərdə təcrübə toplayan, peşəkarlığını yüksəldən müasir Ordumuzun döyüş əməliyyatlarını səriştəli, düzgün, eyni zamanda, hərbin bütün qanunlarına uyğun olaraq planlaşdırması, həyata keçirməsi ölkəmizin döyüş meydanında qələbə qazanmasını səciyyələndirdi və sadaladığımız bu müsbət xüsusiyyətlərin nəticəsi olaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. Daha sonra 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında istifadə olunmuş müasir hərbi texnika, raket və artileriya qurğuları , hava hücum müdafiə sistemini əks etdirən təqdimatlar nümayiş etdirildi və hər biri haqqında şagirdlərə geniş məlumatlar verildi. Sonda Nailə Əhmədova bugünkü məktəblinin sabahın müdafiəçisi olduğunu söylədi və bu kimi tədbirlərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rolu olduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi