Vətənin qəhrəman oğulları müsabiqəsi

18-23 yanvar Bakı Şəhər İcra Hakimiyyətnin təşəbbüsü və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfransa məktəbin 9 A sinif şagirdi Nəzrin Məmmədova, 8 A sinif şagirdləri Fatimə Şabanova və Pəri Əliyeva qatıldılar. Konfransda RIHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmişlər. Görüş gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və şagirdlərin maariflənməsinə xidmət etməklə yanaşı həmçinin, elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb etmişdir. Məktəblilər təyin olunmuş müddət ərzində qeyd edilən mövzular üzrə referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi