20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş videokonfrans

19 yanvarda məktəbin tarix müəllimi Haqverdi Cəfərov 8 A sinfində 20 Yanvar facıəsinin 31 - ci ildönümünə həsr olunmuş videokonfrans təşkil etdi. Videokonfransda 20 Yanvar hadisələri milli birlik rəmzi kimi xatırlandı, əbədiyyətə qovuşan , vətənpərvərlik salnaməsi yaradan vətən övladlarının müqəddəs ruhları hörmət və qürurla anıldı. Şəhidlər xiyabanı müstəqillik, vətən birliyi şərəfinə şəhidlərin ruhu ilə ucaldılan and yerimiz , qeyrət və ucalıq qalamızdır. Əminik ki, Qarabağın işğaldan azad olması 20 Yanvar şəhidlərinin ruhlarının şadlıq təntənəsidir. Tədbirdə iştirak edən məktəbin direktoru Nailə Əhmədova öz çıxışında şagirdlərə Azərbaycanı, tariximizi, milli- mənəvi dəyərlərimizi hər zaman uca tutmağı , Vətəni göz bəbəyi kimi qorumağı və inkişaf etdirməyi şəhidlərin əbədi ruhları qarşısında mühim bir borc olduğunu diqqətə çatdıraraq onları Azərbaycana nurlu gələcək olmağa səslədi. Sonda şagirdlər şeirlər səsləndirdilər, bu hadisələrlə bağlı videotəqdimatlar nümayiş etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi